İNSEKTİSİDLƏR

Pitomes, KS (150 q/l Thiametoxam + 150 q/l Alpha-cypermethrin)
Pitomes, KS (150 q/l Thiametoxam + 150 q/l Alpha-cypermethrin)
Pitomes, KS

(540 q/l Glyphosate potassium salt)

  • Kontakt-sistemi və qovucu təsirə malik qoruyucu insektisid. Sürfə mərhələsindən yetkinlik mərhələsinə qədər geniş çeşiddə gizli, açıq yaşayan və miqrasiya edən zərərvericilə mübarizə üçün.

  • Geniş fəaliyyət spektrinə, yüksək təsir sürətinə malikdir.

  • Preparat zərərvericilərə qarşı profilaktik, operativ və uzunmüddətli mübarizə vasitəsidir.

  • Preparat taxıllarda ziyankar bağacığına, taxıl böcəklərinə, mənənə, trips, zəlicəyə və meyvə bağlarında alma çiçəkyeyəninə, yarpaqbükənlərə, meyvəyeyənlərə qarşı tövsiyyə olunur.

Orbita, KE (25 q/l Deltamethrin )
Orbita, KE (25 q/l Deltamethrin )
Orbita, KE
  • Kontakt-bağırsaq və qovucu təsiri olan qoruyucu insektisid. Sürfə mərhələsindən yetkinlik mərhələsinə qədər müxtəlif zərərvericilərin aktiv formaları ilə mübarizə aparır.

  • Pestisidin təsir zonasında zərərli həşəratların ani ölümü;

  • Miqrasiya edən zərərvericilərə qarşı qovucu təsir göstərir.

  • Taxıllarda, kartofda, şəkər çuğunduranda- ziyankar bağacığa, mənənələrə, tripsə, taxıl böcəklərinə, zəlicəyə, kolorado kartof böcəyinə, çuğundur böcəklərinə, sovkaya və s. zərərvericilərə qarşı tətbiqi tövsiyyər olunur

(25 q/l Deltamethrin )

Konvent, KS
  • Sistem və ovisid (yumurta) təsirli qoruyucu insektoakarisid. Zərərvericilərin inkişafının bütün mərhələlərində, geniş spektrdə gizli yaşayan, açıq yaşayan, miqrasıya edən və həşaratların digər formalarına qarşı səmərəli mübarizə aparan preparat.

  • Müxtəlif kənd təsərrüfatı bitkilərində (meyvə, üzüm, kartof, tərəvəz bitkiləri və s.) odlucalara, kolorada kartof böcəyinə, gənələrə, meyvəyeyənlərə, güvələrə, mənənələrə, tripsə, yastıcalara, ballıcaya, yarpaqbükənlərə, pambıq sovkasına və digər zərərvericilərə qarşı tətbiq olunur.

  • İstifadə zamanı Konvent preparatı digər insektisid partnyorlarına ehtiyac duymur, çünki o, geniş spektrli zərərvericiləri tamamilə məhv edir. Preparat digər bitki mühafizə vasitələri və eyni vaxtlarda istifadə edilən gübrələrlə yaxşı uyğundur.

(120 q/l Spirotetramat + 70q/l Clothianidin)

Terra SP

(Methomyl 90%)

Geniş spektrli insektisid, tez məhvedici təsir göstərir.

King Sunsay EC
  • Preparat gənələrin inkişafının bütün mərhələlərində mübarizə üçün istifadə olunan kontakt təsirli akarisiddir.

  • Sürətli iflicedici və uzunmüddətli qalıq təsirinə malikdir. Meyvə bağlarında və pambıqda gənələrə qarşı tətbiq olunur

(Hexythiazox 40 q/l+Pyridaben 160 q/l)

Kingorn EC
  • Preparatdan buğda, arpanı (ziyankar bağacıq, taxıl bğcəkləri, mənənə, trips), alma, armudu (yastıca,gənə, yarpaqbükənlər, ballıca, güvələr, meyvəyeyənlər), tərəvəz bitkilərini (toxumluq)

  • (gənə, mənənə, trips), şəkər çuğundurunu (mənənə, dənə, cırcırama), kartofu (mənənə, güvə) və s. bitkiləri zərərvericilərdən qorumaq üçün geniş istifadə olunur.

(Dimethoate400 q/l)

İndox Super SC
  • İndox Super SC preparatı müxtəlif kənd təsərrüfatı bitkilərinin, o cümlədən meyvə, üzüm, tərəvəz, günəbaxan, qarğıdalı, pambıq bitkisinin -meyvəyeyənlərə, ballıcaya, güvələrə, yarpaqbükənlərə, pambıq sovkasına və digər sovka növlərinə, tripsə, mənənəyə, gənəyə və s. qarşı mübarizəsi üçün tətbiq olunur.

(İndoxacarb 150 q/l+Emamectin benzoate 50 q/l)

KİNGFU
  • Kontakt, bağırsaq və repelent (qovucu) təsirlərli insektisid.

  • Preparatın buğdada (taxıl böcəkləri, trips, ziyankar bağacıq), qarğıdalıda (pambıq sovkası, çəmən kəpənəyi) və s. bitkilərdə zərərvericilərə, eləcə də boş taxıl anbarlarında, taxıl emalı müəssisələrində anbar zərərvericilərə qarşı istifadəsinə icazə verilir.

(Lambda-Cyhalothrin 100 q/l)